Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İtaliya Futbol Federasiyası A Seriyasının oyunlarını Çində keçirə bilər

Roma, 26 mart, AZƏRTAC
İtaliya Futbol Federasiyası (FİGC) növbəti üç il ərzində ölkənin A Seriyasının oyunlarının Çində keçirilməsi ilə bağlı bu ölkənin rəsmilərinə niyyət məktubu göndərib.
AZƏRTAC “ilmessaggero.it“ saytına istinadla xəbər verir ki, məktubda oyunların böyük kinozallarda göstərilməsinin mümkünlüyü barədə qeyd edilir.
Bildirilir ki, həmçinin oyunların idarəsi üçün çinli hakimlərin “video köməkçi hakim” (VAR) sistemindən necə istifadə etmələrinə dair məktubda təlimatlar da verilir.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

İdman 2019-03-26 08:15:00