×
A
A
A
Sazlamalar

Litva millisinin baş məşqçisi: Azərbaycan millisinin heyətində fərdi və texniki istedada malik futbolçular var

Bakı, 26 mart, Nicat Məmmədov, AZƏRTAC
Oyuna ciddi hazırlaşmışdıq. Rəqibimizin yaxşı komanda olduğunu bilirdik. Azərbaycan millisinin heyətində fərdi və texniki imkanlarına görə fərqlənən istedadlı futbolçular var.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Litva milli komandasının baş məşqçisi Valdas Urbonas Azərbaycan yığmasına qarşı (0:0) keçirilən oyun sonrası təşkil olunmuş mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis milli komandamızın Xorvatiyaya qarşı oyununa da münasibət bildirib: “Komandamız Xorvatiyaya qarşı da yaxşı mübarizə aparıb. Məni müdafiə xəttimiz daha çox düşündürürdü. Çünki arxa xətdə nizam-intizam yaratdıqdan sonra hücum haqda düşünə bilərdik. Müqayisə etsək, birinci hissədə daha yaxşı oynadıq. Topa nəzarət etməyi bacardıq, mümkün qədər hücumlar qurmağa çalışdıq. Meydan sahibi komanda ikinci hissəyə daha fəal başladı. Nəticənin oyuna görə olduğunu düşünürəm. Qol epizodları baxımından zəngin olmayan bir matç izlədik. Oyundan və komandamdan razı qaldım”.

İdman 2019-03-26 01:24:00