×
A
A
A
Sazlamalar

Türkiyənin Acıpayam bölgəsində yeraltı təkanlar davam edir

İstanbul, 26 mart, AZƏRTAC

Türkiyənin Dənizli vilayətinin Acıpayam bölgəsində davam edən yeraltı təkanlar səbəbindən təhsil müəssisələrinin işi ikigünlük dayandırılıb.
AZƏRTAC xəbər verir ki, martın 20-də ölkənin bu bölgəsində baş vermiş 5,5 bal gücündə zəlzələdən sonra avterşoklar davam edir. Yeraltı təkanların 42-si 3 bal gücündə olub. Bu səbəbdən şagirdlərin psixoloji cəhətdən sarsılmasının qarşısını almaq məqsədilə təhsilə iki gün ara verilib. Bundan əlavə, bölgədə yaşayan ailələrə mütəxəssislər tərəfindən psixoloji dəstək göstərilir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-03-26 01:14:00