Çin Fransadan 300 “Airbus” təyyarəsi alacaq
Çin Fransadan 300 “Airbus” təyyarəsi alacaq
Paris, 25 mart, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri Si Cinpin Fransaya səfəri çərçivəsində Çin Aerokosmik Elm və Texnika Korporasiyasının (CASC) Fransadan 290 ədəd “Airbus A320” və 10 ədəd “A-350” təyyarəsi almaqla bağlı müqavilə imzalanıb.
“Belə bir böyük müqavilənin imzalanması Airbus üçün çox mühüm irəliləyiş və Çin və Fransa arasında mübadilə gücünün əla siqnalıdır”, – deyə Fransa Prezidenti Emmanuel Makron Yelisey Sarayında müqavilənin imzalanması mərasimində söyləyib.
Fransa Prezidenti müqavilənin qiymətini təxminən 30 milyard avro civarında olduğunu hesab edərək bildirib ki, əsl rəqəm aidiyyəti şirkətlər tərəfindən dəqiqləşdiriləcək.
Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin martın 24-dən Fransaya səfəri başlayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb
Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub
Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb
Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib