×
A
A
A
Sazlamalar

Türkiyə öz meydanında Moldova millisini böyük hesabla məğlub edib

Bakı, 25 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 25-də “Avro 2020” seçmə mərhələsinin ikinci turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “H” qrupunda yer alan Türkiyə millisi öz meydanında Moldova seçməsini qəbul edib.
Görüş türklərin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0.
Şenol Günəşin yetirmələrinin heyətində Hasan Əli Kaldırım (24), Cenk Tosun (26, 54) və Kan Ayxan (70) fərqləniblər. Matçın 53-cü dəqiqəsində Burak Yılmaz 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyib.
Bu qələbə sayəsində Türkiyə millisi “H” qrupunda xalların sayını 6-ya çatdıraraq liderliyə yüksəlib. Moldova millisi isə sonuncu - 6 yerdə qərarlaşıb.

İdman 2019-03-25 22:56:00