×
A
A
A
Sazlamalar

Özbəkistan Prezidenti Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Daşkənd, 25 mart, АZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
AZƏRTAC Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Şavkat Mirziyoyev Əbu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini, Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan ilə görüşüb.
Görüşdə energetika, ticarət-iqtisadi, sərmayə qoyuluşu, maliyyə-bank, elm, texnologiya, təhsil, mədəni-humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Şavkat Mirziyoyev bildirib ki, bu gün BƏƏ-nin sərmayəsi ilə Özbəkistanda 107 müəssisə fəaliyyət göstərir. BƏƏ-də Özbəkistanın firma və şirkətlərinin 28 nümayəndəliyi çalışır. Vurğulanıb ki, 2018-ci ildə ölkələr arasında mal mübadiləsi 400 milyon dollar təşkil edib. Yaxın illərdə dövlətlər arasında mal mübadiləsinin həcminin 1 milyard dollara çatdırılması qərara alınıb.
Şavkat Mirziyoyevin BƏƏ-yə səfəri davam edir.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2019-03-25 21:06:00