×
A
A
A
Sazlamalar

Aysun Nəsibzadə: Naxçıvanda tarixi abidələr haqqında dəyərli məlumatlar əldə etdik

Naxçıvan, 25 mart, Tural Kəngərli, AZƏRTAC
Vətənimizin ayrılmaz hissəsi olan Naxçıvanda olduğumuz müddətdə buradakı tarixi abidələr haqqında dəyərli məlumatlar əldə etdik.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına gələn Nərimanov rayonundakı 36 nömrəli məktəbin şagirdi Aysun Nəsibzadə deyib.
Aysun Nəsibzadə bildirib ki, Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq onun üçün maraqlı olub: “Şahbuzun gözəl təbiəti, rayonun ərazisindəki biomüxtəliflik mənim marağıma səbəb oldu. Ölkəmizi yaxından tanımaq üçün biz məktəblilərə yaratdığı bu gözəl imkana görə, Prezident İlham Əliyevə şagird yoldaşlarım adından minnətdarlığımı bildirirəm”.

Regionlar 2019-03-25 21:02:00