×
A
A
A
Sazlamalar

Xırdalan musiqi məktəbinin kollektivi Gürcüstanda Novruz şənliyinə qatılıb

Xırdalan, 25 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayon Xırdalan şəhər on bir illik musiqi məktəbinin kollektivi Gürcüstanda Novruz bayramı münasibətilə təşkil olunan bayram tədbirlərinə qatılıb.
Məktəbin direktoru, Əməkdar müəllim İkram Manafov AZƏRTAC-a bildirib ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən Xırdalan şəhər on bir illik musiqi məktəbinin kollektivi yenicə Gürcüstandan səfərdən qayıdıb.
Belə ki, Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Gürcüstandakı M. F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvəti ilə kollektiv qonşu ölkədə Novruz bayramına həsr olunmuş silsilə tədbirlərdə iştirak edib.
Ölkəmizin Gürcüstandakı səfirliyinin rəsmilərinin də qatıldığı tədbir abşeronlu gənc musiqiçilərin də iştirak etdiyi konsert proqramı ilə davam edib.
Konsertdə məktəbin xalq çalğı alətləri və nağaraçılar ansamblları, eləcə də xanəndəlik sinfinin müəllim - şagirdlərinin və rəqs kollektivinin ifaları maraqla qarşılanıb.

Regionlar 2019-03-25 18:37:00