Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Oğuzda cüdo üzrə açıq birincilikdə 350-dən çox idmançı mübarizə aparır

Oğuz, 25 mart, Mustafa Dadaşov, AZƏRTAC

Martın 25-də Oğuz Olimpiya İdman Kompleksində 2005-2007-ci il təvəllüdlü oğlanlar arasında cüdo idman növü üzrə “Regionların kuboku” açıq birinciliyə start verilib.
Oğuz Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib ki, Azərbaycan Cüdo Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə ölkəmizi, həmçinin Gürcüstan və İranı təmsil edən 37 komandanın tərkibində 350-dən çox cüdoçu mübarizə aparır. İdmançılar 11 çəki dərəcəsi üzrə yarışırlar. Yarışa respublika dərəcəli hakim Telman Əhmədli başda olmaqla, Cüdo Federasiyasının təmsilçiləri hakimlik edirlər.
Açıq birinciliyə martın 26-da yekun vurulacaq. Sonda qaliblər mükafatlandırılacaq.

Regionlar 2019-03-25 17:45:00