×
A
A
A
Sazlamalar

Yaponiya hökumətinin istifadə etdiyi təyyarələr istismardan çıxarılacaq

Tokio, 25 mart, AZƏRTAC 

Yaponiya hökumətinin istifadə etdiyi təyyarələr cari ayın sonlarında istismardan çıxarılacaq.
AZƏRTAC Yaponiya KİV-nə istinadla xəbər verir ki, martın 24-də Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasında hökumət təyyarələrinin dəyişidirilməsinə həsr olunan mərasim keçrirlib. İki ədəd “Boeing 747-400” təyyarəsi 20 ildən çoxdur ki, İmperatorun və Baş nazirin xarici səfərləri zamanı istifadə edilib. Ötən dövrdə həmin təyyarələr ümumilikdə regionun və dünyanın 100-dən çox ölkəsinə uçub.
Yaponiya özünümüdafiə hərbi-hava qüvvələrinin Titoşe bazasında təşkil edilən mərasimdə 150 qonaq iştirak edib. Gələn aydan istifadəsinə başlanacaq yeni “Boeing 777-300ER” təyyarələrinin daha az yanacaq işlətdiyi bildirilir. Bu təyyarələrin göyərtəsində, həmçinin simsiz internet şəbəkəsi mövcuddur.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-03-25 08:25:00