×
A
A
A
Sazlamalar

Mik Şumaxer: Formula 2 yarışında debüt etməyə tam hazıram

Roma, 25 mart, AZƏRTAC

Mənim məqsədim atamdan nümunə götürməkdir. Formula 2 yarışında debüt etməyə tam hazıram.
AZƏRTAC İtaliyanın “sport.sky.it” saytına istinadla xəbər verir ki, bu sözləri “Ferrari” komandasının üzvü, Formula 3 Avropa mərhələsinin qalibi olan gənc pilot Mik Şumaxer söyləyib.
Formula 1-in yeddiqat çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer atası ilə müqayisədə üzərində ağır yük olmadığını deyib.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-03-25 07:09:00