×
A
A
A
Sazlamalar

2021-ci ildə çimərlik voleybolu üzrə dünya çempionatı Romada keçiriləcək

Roma, 25 mart, AZƏRTAC
2021-ci ildə çimərlik voleybolu üzrə dünya çempionatı Romada keçiriləcək.
AZƏRTAC İtaliyanın “corriere.it” saytına istinadla xəbər verir ki, bunu Beynəlxalq Voleybol Federasiyasının (FİVB) prezidenti Ari Qrasa İtaliyanın paytaxtına səfəri zamanı söyləyib.
“Əminəm ki, bu, qeyri-adi bir yarış olacaq”, – deyə A.Qrasa bildirib.

 

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-03-25 06:12:00