×
A
A
A
Sazlamalar

“Avro-2020”: Macarıstan və Uels qələbə qazanıb

Bakı, 25 mart, AZƏRTAC

Futbol üzrə “Avro-2020”-nin seçmə qrup mərhələsində II tura start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin mübarizə apardığı E qrupunda iki oyun keçirilib.
Uels yığması "Kardiff Siti" stadionunda Slovakiyanı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Budapeştdəki "Groupama Arena"da keçirilən Macarıstan Xorvatiya qarşılaşmasında isə yerli komanda qalib gəlib - 2:1.
Bu oyunlardan sonra E qrupunda Slovakiya, Macarıstan və Xorvatiyanın 2, Uelsin 1 oyundan sonra 3 xalı var. Cəmi 1 matç keçirən Azərbaycan millisi isə xalsızdır.
Növbəti turda yığmamızın rəqibi Macarıstan olacaq. Görüş iyunun 8-də "Bakcell Arena"da keçiriləcək.

İdman 2019-03-25 01:32:00