×
A
A
A
Sazlamalar

Kikboksçumuz Almaniyada qələbə qazanıb

Bakı, 25 mart, AZƏRTAC
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə parlaq qələbə qazanaraq dünya kəmərinə (WFMC) sahib olub.
AZƏRTAC xəbər verir ki, qarışıq döyüş növləri (MMA) və K-1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə X.Əhmədov Almaniya kikboksçu, məşhur “Nubia Sports” klubunun yetirməsi Kevin Herşlaqla qarşılaşıb. Azərbaycanı təmsil edən “Tank” ləqəbli kikboksçumuz 5 raundluq döyüşdə rəqibi üzərində inamlı qələbə qazanaraq Azərbaycan bayrağını qaldırıb.
İdmançımız ötən il keçirilmiş turnirdə də məhz almaniyalı kikboksçu üzərində qələbə qazanmışdı.

İdman 2019-03-25 00:07:00