×
A
A
A
Sazlamalar

Tunis Ərəb Dövlətləri Liqasının beynəlxalq sammitinə ev sahibliyi edəcək

Qahirə, 24 mart, AZƏRTAC
Ərəb Dövlətləri Liqasının (ƏDL) yüksək səviyyəli 30-cu yubiley beynəlxalq sammiti martın 31-də Tunisdə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ƏDL-ın rəsmi nümayəndəsi Mahmud Əfifi məlumat verib. Onun sözlərinə görə, dövlət və hökumət başçılarının toplantısından öncə, martın 29-da ƏDL-ə üzv dövlətlərin xarici işlər nazirləri bu görüşün hazırlanması məqsədilə iclas keçirəcəklər.
Mahmud Əfifi bildirib ki, iclasın gündəliyində regionun əsas problemlərinə dair 20-yə yaxın məsələ, o cümlədən Fələstin məsələsi, Suriya, Liviya və Yəməndəki böhranlar, Sudanda sülhə və inkişafa dəstək, ərəb ölkələrinin təhlükəsizliyi və digər aktual məsələlər var.
Tunisdə keçiriləcək yüksək səviyyəli görüşdə BMT-nin Baş katibi Antonio Quterreş, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Yusif Əl-Usaymin, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki də iştirak edəcəklər.

 

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2019-03-24 23:30:00