×
A
A
A
Sazlamalar

“Idai” qasırğası nəticəsində ölənlərin sayı 700-ü keçib

Bakı, 24 mart, AZƏRTAC
“Idai” qasırğasının törətdiyi sellər nəticəsində Cənubi Afrika ölkələri Mozambik, Zimbabve və Malavidə ölənlərin sayı 700-ü keçib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tropik qasırğası nəticəsində Mozambikdə ölənlərin sayı 417-ni ötüb. Zimbabvedə 259, Malavidə isə 56 nəfər ölüb.
Martın 17-dən Mozambikin Beira şəhərindən başlayan qasırğa daha sonra qonşu Zimbabveyə keçib. Tropik qasırğa şiddətli külək, yağış və daşqınlarla müşayiət olunub.

Dünya 2019-03-24 21:30:00