×
A
A
A
Sazlamalar

Azərbaycan döyüşçüsü nüfuzlu “M-1 Challenge 101” turnirində çıxış edəcək

Bakı, 24 mart, AZƏRTAC
Martın 30-da Qazaxıstanda qarışıq döyüş növləri (MMA) üzrə nüfuzlu “M-1 Challenge 101” turniri keçiriləcək.
Azərbaycan MMA Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ölkəmizi yarışda dünya və Avropa çempionu, dünya kuboku yarışlarının qalibi Zaur Hacıbabayev təmsil edəcək.
Turnirdə 93 kiloqram çəki dərəcəsində çıxış edəcək “Baku Fighters” klubunun təmsilçisi ABŞ idmançısı Tanner Boserlə üz-üzə gələcək.
Yarış dünyanın 20 ölkəsində canlı yayımlanacaq.

İdman 2019-03-24 21:28:00