×
A
A
A
Sazlamalar

İstanbulda “Cümhur ittifaqı”nın izdihamlı mitinqi keçirilib

Ankara, 24 mart, AZƏRTAC
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” İstanbulda izdihamlı mitinq keçirib.
AZƏRTAC xəbər verir ki, mitinqdə Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan və MHP-nin sədri Dövlət Baxçalı çıxış ediblər.
Mitinq martın 31-də ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil olunub.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-03-24 18:36:00