×
A
A
A
Sazlamalar

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir

Pekin, 24 mart, AZƏRTAC
Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi və xalqın zəhmətkeşliyi, əzmkarlığı ilə qısa dövrdə sosial-iqtisadi sahələrdə böyük nəticələr əldə edib.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə qısa müsahibəsində Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov deyib. Baş katib Novruz bayramı münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın uğurlarının davamını arzuladığını bildirib.
Özbəkistan diplomatı Vladimir Norov deyib: "Mən ən yaxın və əziz dostlarımız olan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Bu bayram bizə sevinc, xoşbəxtlik, sülh və əmin-amanlıq gətirir. Min illərdir qeyd etdiyimiz bu bayramda bizim ümumi köklərimiz, ənənələrimiz birləşir. Novruz bayramı münasibətilə Azərbaycan xalqına xoşbəxtlik, rifah, əmin-amanlıq və tərəqqi arzu edirəm”.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Siyasət 2019-03-24 16:38:00