Bu ilin iki ayında Azərbaycan və Moldova arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb
Kişineu, 24 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 710 min dollara yaxın olub.
Bu barədə AZƏRTAC-a Moldova Respublikasının Milli Statistika Bürosundan məlumat verilib.
Bildirilir ki, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri 643,5 min dollar olub. Azərbaycandan Moldovaya isə 65,6 min dollarlıq məhsul ixrac edilib.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır