×
A
A
A
Sazlamalar

Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb

Lənkəran, 23 mart, Bağır Əliyev, AZƏRTAC
Sumqayıt, Mingəçevir, Naftalan şəhərlərinin, Abşeron, Siyəzən, Şabran, Xızı, Qubadlı, Laçın rayonlarının məktəbliləri və onların müəllimləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində martın 23-də Lənkərana gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında tur-aksiya iştirakçılarını icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və əhali tərəfindən yüksək qiymətləndirilən “Ölkəmizi tanıyaq” layihəsinin məktəblilərin dünyagörüşünün formalaşmasında və onların ölkəmizi daha yaxından tanımasında əhəmiyyətli rolu var. Tur-aksiyanın iştirakçıları olan şagirdlər məktəbdə öyrəndiklərinin, mətbuatda və internet səhifələrində oxuduqlarının canlı şahidinə çevrilirlər.
Günün ikinci yarısında məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla və fotoşəkillərlə tanış olublar.
Lənkəran şəhərindəki Gənclər Evi və Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub.
Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, onun Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə igid qəhrəmanın İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə məlumat verilib.

 

Regionlar 2019-03-23 21:40:00