×
A
A
A
Sazlamalar

Azərbaycanın U-19 millisi irlandiyalı həmyaşıdları ilə qarşılaşıb

Bakı, 23 mart, AZƏRTAC
Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 23-də qrupda ikinci oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, komandamız Rusiyada “Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşıb. Görüş rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Kamran Quliyev fərqlənib.
Qeyd edək ki, millimiz ilk oyunda Rusiya yığması ilə heç-heçə edib – 0:0.

İdman 2019-03-23 16:46:00