Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri oyununda qalib müəyyənləşməyib

Bakı, 23 mart, AZƏRTAC
Bakıda təlim-məşq toplanışını davam etdirən 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu Məhəmməd Məhərrəmov vurub.
Komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.

İdman 2019-03-23 16:33:00