×
A
A
A
Sazlamalar

Lionel Messi Mərakeş millisinə qarşı oynamayacaq

Bakı, 23 mart, Nicat Məmmədov, AZƏRTAC

İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi Argentina millisinin düşərgəsində zədələnib.
AZƏRTAC “Gazeta.ru” saytına istinadla xəbər verir ki, 32 yaşlı hücumçu Mərakeş yığmasına qarşı yoldaşlıq oyununda iştirak etməyəcək.
Qeyd edək ki, martın 22-də Argentina yoldaşlıq oyununda Venesuela yığmasına qarşı keçirdiyi görüşdə Messi 90 dəqiqə meydanda olub. Həmin görüşdə venesuelalılar 3:1 hesabı ilə qalib gəlib. Bu, ulduz futbolçunun 2018-ci il dünya çempionatından sonra yığmada ilk matçı olub.

İdman 2019-03-23 15:17:00