Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Əliyar Ağayev Polşa–Latviya oyununa təyinat alıb

Bakı, 23 mart, Nicat Məmmədov, AZƏRTAC

FIFA referisi Əliyar Ağayev Avro-2020-nin seçmə mərhələsinin oyununa təyinat alıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, o, martın 24-də Varşava şəhərindəki “Narodowy” stadionunda keçiriləcək Polşa–Latviya qarşılaşmasını idarə edəcək.
Ona Rza Məmmədov və Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

 

İdman 2019-03-23 14:32:00