Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qubadlı məktəbliləri “Ölkəmizi tanıyaq” tur–aksiyası çərçivəsində cənub bölgəsinə ekskursiyaya çıxıb

Sumqayıt, 23 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Prezident İlham Əliyevin tövsiyəsi ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” adı altında keçirilən növbəti maarifləndirici tur-aksiyaya Qubadlı məktəbliləri də qoşulub.
AZƏRTAC xəbər verir ki, Qubadlı rayon məktəblərindən seçilmiş istedadlı, fəal və əlaçı şagirdlərin Lənkəran-Masallı-Astara istiqamətində yolasalma mərasimi keçirilib. Əvvəlcə tur-aksiyada iştirak edən şagirdlərlə rayon icra hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, təhsil işçiləri, məktəb direktorları, valideynlər görüşüblər.
Xoşqədəm Alıyeva uşaqların inkişafında “Ölkəmizi tanıyaq” layihəsinin mühüm rolundan söz açaraq qeyd edib ki, gənc nəslin hərtərəfli inkişafı, dərin biliklərə sahib olması, əsl Azərbaycan vətəndaşı kimi böyüməsi, milli-mənəvi dəyərlər ruhunda tərbiyə alması və geniş dünyagörüşünə malik olması üçün dövlətimiz tərəfindən mühüm tədbirlər görülür və daim diqqət mərkəzində saxlanılır.
Bildirilib ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə keçirilən "Ölkəmizi tanıyaq” tur-aksiyası dövlətin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir. Bu layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və Azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir, şagirdlərdə həm də xalqımızın malik olduğu çoxəsrlik tolerantlıq, multikultural dəyərlər barədə hərtərəfli təsəvvür formalaşdırır.
Sonra müəllim və valideynlər sözügedən layihənin məktəblilərin inkişafında əvəzsiz rola malik olduğunu qeyd edib, eyni zamanda, gənc nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, onların tərbiyəli, savadlı və vətənpərvər böyüməsi istiqamətində görülən işlərə, həmçinin şagirdlərin dünyagörüşünün yüksəlməsində mühüm əhəmiyyət kəsb edən maarifləndirici tur-aksiyaların təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət, zəngin təəssüratlar arzulayıblar.
Sonra şagirdlər onlar üçün ayrılan avtobusla ölkəmizin cənub bölgəsinə yola düşüblər.

Regionlar 2019-03-23 12:11:00