Eldar Quliyev: Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir VİDEO
Dövlət Proqramında intensiv bağçılığın genişləndirilməsi nəzərdə tutulub
Bakı, 23 mart, AZƏRTAC
2019-2023-cü illər üçün Azərbaycanda meyvəçiliyin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi meyvəçiliklə bağlı ixrac potensialını artırmaq, əhalinin meyvəyə olan tələbatını tam ödəməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqat Mərkəzinin aparıcı mütəxəssisi Eldar Quliyev bildirib.
O qeyd edib ki, Proqramda məhsuldarlığın artırılması üçün tədricən intensiv bağçılığın genişləndirilməsi nəzərdə tutulub. Həmçinin meyvələrin saxlanması üçün soyuducu anbarların sayı artırılmalı, emal sənayesi inkişaf etdirilməli, əhalinin məşğulluq səviyyəsinin və gəlirlərinin artırılması istiqamətində tədbirlər görülməlidir.
Onun sözlərinə görə, hazırda Azərbaycanda müxtəlif sahələr üzrə intensiv bağlar yaradılır. Yeni bağlar Quba, Xaçmaz, Şabran, Tovuz, Samux, Şəmkir, Göyçay, Şamaxı və Kürdəmirdə salınır. Bu bağlarda məhsuldarlıq yüksək olmaqla yanaşı, zərərverici və xəstəliklərə qarşı da davamlıdır. İstehsal xərcləri isə ənənəvi bağçılıqla müqayisədə intensiv bağçılıqda aşağıdır. Bundan başqa, Dövlət Proqramında ayrıca olaraq gilas, ərik, şaftalı və heyvanın məhsuldarlığının artırılması da nəzərdə tutulub.
Eldar Quliyev əlavə edib ki, ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir: “Tropik meyvələr ölkəmizdə yetişmədiyi üçün bu məhsullar xaricdən idxal edilir”.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb