×
A
A
A
Sazlamalar

Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılacaq VİDEO

Bakı, 23 mart, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə həmin reysə dəyişiklik edib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova AZƏRTAC-a bildirib ki, martın 25-dən Gəncədən, bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin ediləcək. Qeyd edib ki, qatar Gəncədən saat 18.00-da yola düşəcək və Bakıya saat 22.15-də çatacaq.

Nəqliyyat 2019-03-23 11:52:00

Video