×
A
A
A
Sazlamalar

Murad Mansurov: Boluda Koroğlu abidəsinin ucaldılması mənim üçün tarixi şansdır

Bolu, 23 mart, AZƏRTAC
Koroğlu türksoylu xalqları birləşdirən, haqqında iftixarla danışdığımız ortaq bir el qəhrəmanıdır. Türkiyənin Bolu şəhərində ucaldılan möhtəşəm abidənin müəllifi olmaq mənim üçün tarixi bir şansdır. Layihəmin reallaşması mənim üçün sevindirici və qürurvericidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanın tanınmış heykəltəraşı, Boluda ucaldılan Koroğlu abidəsinin müəllifi Murad Mansurov söyləyib.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə həyata keçirilən layihəni tarixi əhəmiyyətli iş kimi dəyərləndirən heykəltəraş TÜRKSOY rəhbərliyinə və münsiflər heyətinə səmimi minnətdarlığını ifadə edib. Azərbaycanda Koroğluya olan el məhəbbətini milli dəyərlərimizə göstərilən xoş münasibətin daha bir nümunəsi kimi dəyərləndirən heykəltəraş Murad Mansurov deyib: “Koroğlu digər türkdilli ölkələrdə olduğu kimi, Azərbaycanda da sevilir və rəğbətlə xatırlanır. Əminəm ki, Boluda ucaldılan Koroğlu abidəsini seyr edən hər kəs, o cümlədən öz qəhrəmanının əzəmətini görən hər bir azərbaycanlı bu nəhəng heykəli bəyənəcək və qürur duyacaq.”


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bolu

Mədəniyyət 2019-03-23 11:31:00