×
A
A
A
Sazlamalar

Bu ilin iki ayında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 110 milyon dollara yaxın olub

Kiyev, 23 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 110 milyon dollara yaxın olub.
Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin iki ayında Azərbaycandan Ukraynaya 42,84 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 65,50 milyon dollar təşkil edib.
Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Rusiyadan sonra ikinci yerdədir. 2018-ci ildə Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollara yaxın olub ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur. Ötən ildə iki ölkə arasındakı ticarət dövriyyəsində son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

İqtisadiyyat 2019-03-23 04:26:00