×
A
A
A
Sazlamalar

Fransa millisi səfərdə Moldova yığmasını böyük hesabla məğlub edib

Bakı, 23 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 22-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə oyunları çərçivəsindən birinci turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə 3 qrupda 7 görüş təşkil olunub.
Günün maraq doğuran oyununda H qrupunda yer alan son dünya çempionu Fransa yığması səfərdə Moldova seçməsinin qonağı olub.
Görüş fransalıların 4:1 hesabı qələbəsi ilə başa çatıb. Dünya çempionların heyətində Antuan Qrizman (24), Rafael Varan (27), Olivye Giru(36) və Kilyan Mbappe (84) fərqləniblər. Meydan sahiblərinin təsəlli qoluna isə 89-cu dəqiqədə Vladimir Ambros imza atıb.
Günün digər böyük hesablı qələbəsi "Uembli" stadionunda qeydə alınıb. İngiltərə yığması Çexiya millisini 5:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Rahim Sterlinq (24, 62, 69) və Hari Keyn (45) fərqləniblər. Qonaqların heyətində isə Tomas Kalas qarşılaşmanın 84-cü dəqiqəsində topu öz qapısına vurub.
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
A qrupu
Bolqarıstan – Monteneqro - 1:1;
İngiltərə - Çexiya - 5:0.
B qrupu
Lüksemburq – Litva - 2:1;
Portuqaliya – Ukrayna - 0:0.
H qrupu
Albaniya – Türkiyə - 0:2;
Andorra – İslandiya - 0:2;
Moldova – Fransa - 1:4.

İdman 2019-03-23 02:11:00