×
A
A
A
Sazlamalar

İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır

Roma, 22 mart, AZƏRTAC
İtaliyanın “Agenzia Nova” saytında “Bakıda Novruz bayramı qeyd olunur” sərlövhəli yazı dərc edilib.
AZƏRTAC xəbər verir ki, yazıda Novruz bayramının adət-ənənələrindən danışılır.
Yazıda bayramın Azərbaycan xalqının ən sevimli bayramlarından biri olduğu bildirilir. Qeyd edilir ki, Novruz bayramına bir ay qalmış hər çərşənbə axşamı həyat üçün vacib dörd ünsür: su, od, yel və torpaqla bağlı çərşənbələr keçirilir.
Novruz bayramının baharın gəlişi, təbiətin oyanması, gecə ilə gündüzün bərabərləşməsi ilə əlamətdar olduğu ilə bildirilir. Bu xüsusda bahar bayramının yeni ilin ilk günü kimi martın 20-21-nə təsadüf etdiyi diqqətə çatdırılır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Cəmiyyət 2019-03-22 21:52:00