×
A
A
A
Sazlamalar

Azərbaycan musiqi qrupunun “TRT AVAZ” kanalının yubileyindəki ifası maraqla qarşılanıb

Əskişəhər, 22 mart, AZƏRTAC
Türkiyənin Əskişəhər şəhərində “TRT AVAZ” telekanalının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə keçirilən təntənəli yubiley mərasimində Azərbaycan musiqiçilərinin möhtəşəm ifası hərarətli alqışlarla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xalq artisti Aygün Səmədzadənin bəstələdiyi əsərlər mərasimdə özünəməxsus canlanma yaradıb. Xalq artisti Teyyub Aslanovun ifasında görkəmli bəstəkarın böyük Azərbaycan şairi Əhməd Cavadın sözlərinə bəstələdiyi “Sən ağlama gözəlim”, “Bismillah” və “Ey türk” əsərləri təqdim olunub. Azərbaycan Xalq artisti Elnarə Kərimovanın dirijorluğu əsasında TRT Ankara radiosunun xoru və Əskişəhər orkestrinin ifası ilə keçirilən proqramda solist, Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), görkəmli aranjemançı Əvəz Muradov (piano) və Xəyyam Həsənli (ud) müşayiət ediblər.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Əskişəhər

Mədəniyyət 2019-03-22 21:13:00