Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İsmayıllıya gələn turistlərin sayı artıb

İsmayıllı, 22 mart, AZƏRTAC
İsmayıllı rayonuna son 3 gün ərzində turist axını xeyli artıb. Bu, Novruz bayramının gəlişi ilə bağlıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici turistlər əsasən Rusiya Federasiyasından və Avropa ölkələrindəndir. Bayram günlərində istirahət mərkəziləri ilə yanaşı, kənd evlərinə də maraq çoxalıb.
Qeyd edək ki, rayon mərkəzində yaxın zamanlarda yeni 3 ulduzlu otel açılacaq ki, bu da gələn turistlərin artmasına səbəb olacaq. Hazırda bayram günlərini rayonda istirahət mərkəzlərində və kənd evlərində keçirənlər keçən ilə nisbətən 10 faizdən çox artıb.

Regionlar 2019-03-22 14:58:00