×
A
A
A
Sazlamalar

Xəzər rayonunun bəzi qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakı, 22 mart, AZƏRTAC
Martın 22-də saat 10:30-dan 14:30-dək Bakının Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Bu barədə AZƏRTAC-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayev bildirib ki, fasilə Xəzər rayonu ərazisindəki elektrik xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır. Yaranacaq narahatlığa görə “Azərişıq” abunəçilərdən üzr istəyib.
Xatırladaq ki, 2019-cu ilin əvvəlində Bakının Binəqədi, Xəzər rayonları da daxil olmaqla ölkənin 10-dan artıq regionuna “Azərişıq”ın texnika ilə yüklənmiş maşın karvanı göndərilib.

Energetika 2019-03-22 11:20:00