×
A
A
A
Sazlamalar

“Avro-2020”: bu gün birinci turun növbəti 7 görüşü keçiriləcək

Bakı, 22 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 22-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində birinci turun digər qarşılaşmaları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə 3 qrupda 7 görüş təşkil olunacaq.
Günün maraq doğuran oyunu A qrupunda yer alan İngiltərənin “Uembli” stadionunda Çexiya ilə qarşılaşmasıdır. B qrupunda mübarizə aparan son Avropa çempionatının qalibi Portuqaliya isə öz meydanında Ukrayna ilə münasibətlərə aydınlıq gətirəcək.
Dünya çempionu Fransa H qrupunda səfərdə Moldovanı sınağa çəkəcək. Qonşu ölkə Türkiyə də seçmə mərhələdəki ilk oyununu səfərdə keçirəcək. Komanda Albaniyanın müqavimətini qırmağa çalışacaq.

Günün bütün oyunları aşağıdakılardı:

A qrupu
21:00. Bolqarıstan – Monteneqro
23:45. İngiltərə - Çexiya

B qrupu
23:45. Lüksemburq – Litva
23:45. Portuqaliya – Ukrayna

H qrupu
23:45. Albaniya – Türkiyə
23:45. Andorra – İslandiya
23:45. Moldova – Fransa

İdman 2019-03-22 12:08:00