Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Füzuli Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisi davam etdirilir

Füzuli, 22 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Səhiyyə Nazirliyinin sifarişi əsasında Füzuli Rayon Mərkəzi Xəstəxanası üçün 80 çarpayılıq yeni binanın tikintisi davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Bala Bəhmənli kəndində inşa olunan xəstəxana binası üç mərtəbədən ibarət olacaq. Xəstəxananın ümumi ərazisi 2,25 hektardır. Tikinti sahəsi 2271 kvadratmetr olan xəstəxana üç korpusdan və yardımçı binalardan ibarətdir. Xəstəxananın ərazisində yolxucu xəstəliklər korpusu, mətbəx və camaşırxana, qaraj və texniki xidmət binası, qazanxana, su nasos stansiyası, oksigen stansiyası, yeraltı su anbarı və sair də inşa olunacaq.
Xəstəxana binasının “B” və “C” korpuslarında dəmir-beton işləri başa çatdırılıb. Xarici divarlar və daxili arakəsmələr hörülüb. Mətbəx, camaşirxana, yolxucu xəstəliklər korpusunun bünövrəsi qazılıb. Hazırda “B” və “C” korpuslarında suvaq, “A” korpusunun birinci mərtəbəsində betona hazırlıq, transformator yarımstansiyasında hörgü işləri görülür.

Regionlar 2019-03-22 11:10:00