×
A
A
A
Sazlamalar

Azərbaycanın Yunanıstandakı diasporu Novruz bayramını qeyd edib

Saloniki, 22 mart, AZƏRTAC
"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın Yunanıstandakı səfirliyi, Saloniki şəhərində yaşayan həmvətənlərimiz və cəmiyyətin fəal üzvləri ilə birlikdə Novruz bayramına həsr olunmuş tədbir keçirib.
Tədbirə Türkiyə Cümhuriyyətinin Saloniki şəhərindəki baş konsulu Orhan Yalman Okan, konsulluğun əməkdaşları, "Gürcülər Salonikidə" cəmiyyətinin sədri Zaza Sulamanidze və Yunanıstanda yaşayan türk tələbələri qatılıb. “QALA” Cəmiyyətinin sədri Rəşid Məmmədov xaricdə yaşayan bütün həmvətənlərimizi milli bayramlarda həmrəy görməyin qürurverici olduğunu qeyd edib, xalqımıza firavanlıq, sülh və ruzi-bərəkət arzulayıb.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki

Cəmiyyət 2019-03-22 07:42:00