×
A
A
A
Sazlamalar

Çində avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində 6 nəfər ölüb

Pekin, 22 mart, AZƏRTAC
Çinin Xubey vilayətində naməlum şəxsin idarə etdiyi avtomobili izdihamın üzərinə sürməsi nəticəsində 6 nəfər həlak olub, 7 nəfər yaralanıb.
AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, hadisə Caoyan şəhərində yerli vaxtla səhər 6:00 radələrində baş verib. Hadisəni törədən şəxs polisin açdığı atəş nəticəsində ölüb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Hazırda araşdırma aparılır.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-03-22 07:28:00