ANAMA: Şamaxıda partlamamış hərbi sursat aşkarlanıb
Bakı, 22 mart, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şamaxı rayon polis şöbəsindən rayonun Şəhriyar qəsəbəsi ərazisində 6 ədəd mərmi tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumat alındıqdan dərhal sonra agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Şamaxı rayon polis şöbəsinin əməkdaşları əraziyə göndərilib, Zoğalavay çayının kənarına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 7 ədəd müxtəlif növ partlamamış hərbi sursat və tərkibində heç bir partlayıcı maddə olmayan 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) aşkarlanıb, zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.
Partlamamış hərbi sursatların ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub