Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Budapeşt "Red Bull Air Race" yürüşünün keçirilməsindən imtina edib

Budapeşt, 21 mart, AZƏRTAC 

Budapeşt meriyası ənənəvi olaraq iyul ayında Macarıstan paytaxtında, Dunay üzərində keçirilən "Red Bull Air Race" yürüşünə icazə verməkdən imtina edib.
AZƏRTAC mer İştvan Tarloşun bəyanatına istinadla xəbər verir ki, rədd cavabı Budapeşt sakinlərinin tədbirin adekvat olmayan şərtləri ilə bağlı çoxsaylı şikayətləri ilə əsaslandırılıb. Şəhərin hakimiyyət orqanları təşkilatçılara yürüşü başqa yerdə, məsələn, Dunayın döngəsində, Vışeqrad yaxınlığında, yaxud Balaton gölü rayonunda keçirməyi təklif ediblər.
Xatırladaq ki, bir il əvvəl "Red Bull Air Race" yürüşü Budapeştin mərkəzində başa çatandan sonra mer üzləşdikləri narahatlığa - səs-küyə, tıxaclara, yolların bağlanmasına görə şəhər sakinlərindən üzr istəmişdi. O vaxt şəhərin başçısı demişdi: "Budaperşt sakinləri belə sınaqdan bir daha keçməməlidirlər".

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

İdman 2019-03-22 05:06:00