×
A
A
A
Sazlamalar

“Avro 2020”: Ulduz səfirlərin siyahısı açıqlanıb

Bakı, 22 mart, AZƏRTAC
UEFA 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının ulduz səfirlərinin siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, səfirlər gələn ilin yayında təşkil olunacaq çempionatın təbliğat kampaniyasında iştirak edəcəklər.
Müxtəlif ölkələri təmsil edən səfirlərin siyahısında Andrey Arşavin (Rusiya), Angelos Xaristeas (Yunanıstan), Deko (Portuqaliya), Alessandro Del Pyero (İtaliya), Marsel Dessayi (Fransa), Yuri Corkayef (Fransa), Ruud Qullit (Hollandiya), Tyerri Anri (Fransa), Kristian Karambö (Fransa), Yurgen Klinsmann (Almaniya), Patrik Klyuvert (Hollandiya), Henrik Larsson (İsveç), Brayan Laudrup (Danimarka), Luiş Fiqu (Portuqaliya), Manişe (Portuqaliya), Lotar Matteus (Almaniya), Stiv Makmanaman (İngiltərə), Qaijka Mendiyeta (İspaniya), Antonios Nikopolidis (Yunanıstan), Nuno Qomeş (Portuqaliya), Maykl Ouen (İngiltərə), Rober Pires (Fransa), Karel Poborski (Çexiya), Karles Puyol (İspaniya), Rikardo Karvalyo (Portuqaliya), Peter Şmeyhel (Danimarka), Klarens Zeedorf (Hollandiya), Alan Şirer (İngiltərə), Vladimir Şmiçer (Çexiya), David Trezeqe (Fransa), Vitor Baya (Portuqaliya), Xabi Alonso (İspaniya), Xavi Ernandes (İspaniya) və Canluka Zambrotta (İtaliya) yer alıblar.
Avropa çempionatının 60 illik yubileyi münasibətilə turnirin tarixində ilk dəfə olaraq “Avro 2020”nin final mərhələsi qitənin 12 müxtəlif ölkəsində təşkil olunacaq. Bakı Olimpiya Stadionu “Avro 2020”nin qrup mərhələsində üç, 1/4 final mərhələsində isə bir oyununa ev sahibliyi edəcək.

İdman 2019-03-22 00:32:00