×
A
A
A
Sazlamalar

Əskişəhərdə “TRT AVAZ” tekekanalının onillik yubileyi qeyd olunub

Əskişəhər, 21 mart, AZƏRTAC

Türkiyənin Əskişəhər şəhərində “TRT AVAZ” telekanalının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə rəsmi şəxslər, aparıcı KİV-lərin təmsilçiləri, xarici qonaqlar iştirak ediblər.
“TRT AVAZ” televiziyasının baş direktoru İbrahim Eren çıxışında rəhbərlik etdiyi kanalın ötən on ildə qazandığı uğurlardan danışıb. Türk dünyası tarixinin, mədəniyyətinin və ənənələrinin beynəlxalq aləmə çatdırılmasında “TRT AVAZ”-ın əvəzsiz vasitə olduğunu diqqətə çatdıran İbrahim Eren əminliklə bildirib ki, telekanal mövcud efir məkanını daha sürətlə genişləndirəcək, tamaşaçı rəğbəti qazanmağa çalışacaq.
Tədbir türkdilli ölkələrdən gəlmiş musiqi qruplarının ifasında maraqlı konsert proqramı ilə davam edib.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Əskişəhər

Mədəniyyət 2019-03-21 23:41:00