×
A
A
A
Sazlamalar

Azərbaycanın şimal qapısı Qusarda böyük bayram coşqusu yaşanıb

Quba, 21 mart , Elxan Yusifli, AZƏRTAC

Martın 21-də Azərbaycanın şimal qapısı Qusar şəhərində keçirilən Novruz bayramı şənliyində böyük coşqu yaşanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin mərkəzində, General Mahmud Əbilov adına meydanda təşkil olunan tədbirə Bahar qızın gəlişi ilə start verilib. O, əvvəlcə xüsusi bəzədilmiş avtomobildə şəhəri gəzərək sakinlərə bayram müjdəsini çatdırıb. Meydanda bayram tonqalı alovlandıqdan sonra Novruz personajları şənliyə qoşulub.
Bayram tədbirində rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Novruz xalqımızın mədəniyyətini, milli- mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır.
Bayram tədbirində elimizin qədim adət-ənənələri, milli mətbəx nümunələrimiz nümayiş etdirilib. İştirakçılar rayondakı istedadlı şəxslərin əl işlərindən ibarət sərgi, eləcə də rayon idmançılarının nümunəvi çıxışları ilə tanış olublar.
Yerli incəsənət ustalarının və rəqs kollektivlərinin ifasından ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

Regionlar 2019-03-21 19:12:00