×
A
A
A
Sazlamalar

Doğma bulvarda Novruz... VİDEO

Bakı, 21 mart, AZƏRTAC

Dənizkənarı Bulvar İdarəsi paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı və əyləncəli şou proqramlarla zəngin “Doğma Bulvarda Novruz” adlı bayram proqramı təqdim edir.
AZƏRTAC xəbər verir ki, Kukla Teatrının arxasında yerləşən meydanda təşkil edilən bayram şənliyində bir-birindən maraqlı milli rəqslər təqdim edilir, musiqi nömrələri səsləndirilir.
Qeyd edək ki, martın 24-dək davam edəcək bayram tədbirində milli rəqs, Nağara şou, əl işləri üzrə ustad dərsləri təşkil ediləcək, həmçinin alovla şou nümayiş olunacaq. Xüsusilə, uşaqlar üçün maraqlı proqramlar nəzərdə tutulur – onları sevimli cizgi filmi qəhrəmanları ilə görüş, açıq meydanda gün ərzində bir neçə dəfə uşaq nağılları və kukla teatrı tamaşalarını izləmək imkanı qazanacaqlar.

 

Mədəniyyət 2019-03-21 14:41:00

Video