×
A
A
A
Sazlamalar

Bakı-Quba avtomagistralında yol qəzası baş verib

Xırdalan, 21 mart, AZƏRTAC

Bakı-Quba avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib.
Abşeron Rayon Polis İdarəsindən AZƏRTAC-a bildirilib ki, yolun Xırdalan şəhərindən keçən hissəsində avtomobil qəzaya uğrayaraq yanıb. Belə ki, "Hyundai" markalı avtomobilin sürücüsü paytaxt istiqamətinə hərəkətdə olarkən idarəetməni itirib. Minik avtomobili tunelin girişindəki dəmir arakəsməyə çırpılıb. Zərbənin gücündən avtomobilin mühərrik hissəsində yanğın baş verib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə Xidmətinin əməkdaşları cəlb edilib, avtomobilin mühərrikində baş verən yanğın söndürülüb. Sürücü bədən xəsarətləri aldığı üçün xəstəxanaya yerləşdirilib.

Regionlar 2019-03-21 14:28:00