×
A
A
A
Sazlamalar

İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib

İstanbul, 21 mart, AZƏRTAC
İstanbulda bütün türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin Topqapı rayonunda yerləşən “Türk dünyası” şəhərciyində təşkil olunan Novruz şənliyində türkdilli ölkələr, o cümlədən ayrı-ayrı dövlətlərdə mədəni muxtariyyəti olan türkdilli xalqlar təmsil olunublar. Burada türkdilli millətlərə məxsus adət-ənənələr, musiqi nömrələri nümayiş etdirilib, Novruzun rəmzlərindən biri olan tonqal qalanıb.
Meydandakı "Azərbaycan evi"ndə nümayiş etdirilən milli atributlarımız, geyimlərimiz, adət-ənənələrimiz ziyarətçilər tərəfindən böyük maraqla izlənib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Mədəniyyət 2019-03-21 14:00:00