×
A
A
A
Sazlamalar

Moskvada dağ yəhudilərinin “Rambam” teatrı çıxış edib

Moskva, 21 mart, AZƏRTAC

Moskvada dağ yəhudilərinin “Rambam” teatrı çıxış edib.
AZƏRTAC xəbər verir ki, İsraildə fəaliyyət göstərən teatrın tamaşasından əvvəl İsrailin Rusiyadakı səfiri Harri Koren və Dağ Yəhudilərinin Rusiya Konqresinin vitse-prezidenti, “Stmeqi” Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti German Zakaryayev, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner çıxış ediblər.
Teatr dramaturq Xizil Avşalumovun “Uşaqsızlıq kuşakı” pyesi əsasında hazırlanmış tamaşanı təqdim edib. Tamaşanın nümayişindən əvvəl Azərbaycanın Əməkdar artisti, tarzən Qorxmaz Axundovun rəhbərlik etdiyi ansamblın ifasında Azərbaycan və dağ yəhudilərinin milli mahnıları səslənib.
“Rambam” teatrı ötən əsrin 30-cu illərdə Dərbənddə yaradılıb. SSRİ-nin süqutundan sonra teatr dağılsa da, bir neçə ildən sonra kollektiv İsraildə yenidən bir araya gəlib. “Rambam”ın kollektivi peşəkar aktyorlardan ibarət deyil. Burada səhnəyə vurğun olan həkimlər, müəllimlər və digər sənət adamları çalışır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Mədəniyyət 2019-03-21 10:55:00