Bu gün Dünya Poeziya Günü kimi qeyd edilir
Bakı, 21 mart, AZƏRTAC
Martın 21-i Dünya Poeziya Günüdür.
AZƏRTAC xəbər verir ki, bu əlamətdar günün qeyd olunmasında məqsəd milli, regional və beynəlxalq poetik hərəkata yeni impuls verməkdir. Dünya Poeziya Günü UNESCO tərəfindən 1999-cu ildə təsis edilib.
Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı nümunələri olan bayatılar, holavarlar, sayaçı sözləri və digər mövsüm-mərasim nəğmələridir.
Azərbaycanın Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir, Vurğun və digər klassik şairlərinin poeziyası hafizələrdə, ürəklərdə yaşayaraq insanları sevməyə, gələcəyə, həyata səsləyir.
Xalqımız öz qüdrətli sənətkarlarının xatirəsini daim uca tutur, onların poeziyasını qoruyaraq nəsildən-nəslə ötürür.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir