×
A
A
A
Sazlamalar

Bakıda sərnişin avtobusu yanıb

 Bakı, 21 mart, AZƏRTAC

Bakıda sərnişin avtobusu yanıb.
AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda “İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəmiyyət 2019-03-21 09:50:00